Özünü peyğəmbər elan etmiş türk ABŞ-da vəfat elədi - Foto

23 Noyabr 2019 15:30 (UTC+04:00)

Türkiyədə anadan olmuş saxta peyğəmbər olaraq tanınan İsgəndər Evrenesoğlu vəfat edib.

Teleqraf.com xəbər verir ki, İsgəndər Evrenesoğlu ötən əsrin 90-cı illərindən məskunlaşdığı ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində dünyasının dəyişib.

Ölümün səbəbləri açıqlanmır.

1942-ci ildə anadan olmuş İsgəndər Evrenesoğlu Dövlət Planlaşdırma Təşkilatında çalışıb. Daha sonra özünə vəhy gəldiyi iddiasına düşüb. "Risalət Nurları" kitabını Allahın vəhylə yazdırdığını bildirib.