Ramil ehtiyatda qaldı

24 Noyabr 2019 00:45 (UTC+04:00)

Rusiya Premyer Liqasında 17-ci turun oyunları davam edir.

Teleqraf.com xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva “Dinamo”su bu turda doğma meydanda “Rostov”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

R.Şeydayev bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, Moskva təmsilçisi 21 xalla 16 komanda arasında 7-ci pillədə qərarlaşıb.