Bakıda yol qəzası - xəsarət alan var

24 Noyabr 2019 18:56 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Rayondakı beton zavodunun qarşısında iki avtomobilin toqquşması nəticəsində, 1971-ci il təvəllüdlü Abdullayev Asəf Hüseyn oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona baş-beyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.