NATO-nun həkimi olan ABŞ vətəndaşının cəsədi İzmirdə tapıldı - Sutka boyu bir it...

26 Noyabr 2019 10:07 (UTC+04:00)

NATO-da həkim fəaliyyəti göstərən ABŞ vətəndaşı Ceyms Edvard Steidein cəsədi İzmirdə tapılıb.

Teleqraf.com xəbər verir ki, 59 yaşlı həkimin birlikdə qaldığı “Kaya” adlı iti iki sutka boyu qaldığı mənzildə hürüb.

Bundan sonra qonşular müvafiq qurumlara xəbər verib. Beləcə ABŞ vətəndaşı və uzun illər NATO-da çalışan Edvardın evində öldüyü ortaya çıxıb. Köpək isə onun cəsədi yanından ayrılmayıb. Həkimin cəsədi tibbi ekspertizadan keçirilməsi üçün xəstəxanaya aparılıb.

Polis ölüm faktına dair cinayət işi açıb, prokurorluq ABŞ vətəndaşının qaldığı evdə araşdırmalar aparıb.