Azərbaycanlı qız Hollivud filmində - Fotolar

26 Noyabr 2019 15:58 (UTC+04:00)

Azərbaycan istehsalı olan “Aporia” filminin baş qəhramanı olan Aysel Yusubova Hollivuda yollanır.

Teleqraf.com xəbər verir ki, Aysel Yusubova dünyaca məşhur aktrisa, “Lara Kuroftun” yaradıcısı Alisa Vikander ilə eyni filmdə rol alacaq.
Amerikada da yayımlanan “Aporia” filminin istehsal edən şirkətlərindən biri olan “BDAmerika” prodakşn “Sultansoy” prodakşna dünyaca məşhur aktrisa Lara Kuroftun da rol alacağı “Aporia” filminə azərbaycanlı Aysel Yusupovanıda çəkmək istədiklərini bildirib.

“Sultansoy” prodakşndan verilən məlumata görə, hazırda qarşı tərəflə danışıqlar aparılır. Aysel Yusupova məşhur aktrisaya çox bənzədiyi üçün onun əkiz bacısını canlandıracaq.

Qeyd edək ki, Aysel Yusupova Azərbaycan xalq teatrının aktrisasıdır.

“Aporia” filmi noyabr ayının 22-sindən etibarən nümayiş edilməyə başlayıb. Hazırda film Amerika və Azərbaycanda nümayiş edilir.