Səfir persona non-qrata elan edildi

28 Noyabr 2019 11:05 (UTC+04:00)

Benin dövləti Avropa Birliyinin ölkədəki səfiri Oliver Netteni arzuolunmaz diplomat elan edərək ondan dekabrın 1-nə qədər ölkəni tərk etməsini tələb edib.

Teleqraf.com xəbər verir ki, Afrika ölkəsi olan Benin hökuməti səfirin öz mandatına uyğun olmayaraq onun daxili işlərinə qarışdığını iddia edib.

Bildirir ki, Benin Xarici İşlər Nazirliyi səfiri dəfələrlə xəbərdarlıq etməsinə rəğmən diplomat ölkənin daxili işlərinə qarışmaqda davam edib və rəsmi Brüsselin onun arxasında durmasından ürəklənib.

Avropa Birliyinin səfirinin ölkədən qovulması tələbini irəli sürən Benin hökuməti ilə müzkirələr apardığı, amma hökumətin tələbindən geri çəkilmədiyi qeyd olunub.