YAP-çı deputatlar iclas keçirdi: Parlamentlə bağlı qərar dəstəkləndi - Yeni

28 Noyabr 2019 15:31 (UTC+04:00)

YAP rəhbərliyinin-İcra Katibliyinin iştirakı ilə hakim partiyadan olan deputaların ayrıca keçirilimiş toplantısı başa çatıb.

Toplantıda YAP Siyasi Şurasının 5-ci çağırış Milli Məclisin (MM) buraxılması ilə bağlı təşəbbüsü müzakirə mövzusu olub.

YAP-çı deputatlar partiyanın Siyasi Şurasının təşəbbüsünü dəstəkləyiblər. Yığıncaqda YAP Sədrinin müavini və İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər YAP rəsmiləri iştirak edib.

***

14:40

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilir.

Teleqraf.com-un xəbərinə görə, iclasda parlamentin buraxılması ilə bağlı müzakirələr aparılır. İclasda onlara YAP Siyasi Şurasının qərarı elan olunur.

Qeyd edək ki, bu gün YAP Siyasi Şurasının üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasın yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunub. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunur.