Sabiq nazir Fəzail Ağamalının müavini oldu

28 Noyabr 2019 15:50 (UTC+04:00)

Sabiq maliyyə naziri Fikrət Yusifov Ana Vətən Partiyasının sədrinin sosial-iqtisadi məsələlər üzrə müavin təyin edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı AVP sədri Fəzail Ağamalı bu gün sərəncam imzalayıb.

Qeyd edək ki, Fikrət Yusifov uzun illər məsul vəzifələrdə çalışıb, hazırda iqtisadçı ekspert kimi dövrü mətbuatda çıxışlar edir.