İmişlidə qəza - Ölən var

28 Noyabr 2019 21:43 (UTC+04:00)

İmişli rayonunda yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi "Renault Megane" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.