Orxan Pamukun “Məsumiyyət muzeyi” yandı

30 Noyabr 2019 12:18 (UTC+04:00)

İstanbulun Bəyoğlu məhəlləsində yerləşən “Məsumiyyət muzeyi”ndə yanğın hadisəsi baş verib. Xilasetmə qrupları yanğını qısa müddətdə söndürüb.

Teleqraf.com xəbər verir ki, saat 23:30-da muzeyin zirzəmisində baş verən yanğının səbəbləri hələ də bilinmir.

Muzeydən tüstü çıxdığını görən vətəndaşlar hadisəni yanğınsöndürmə və polisə bildirib. Xilasetmə qrupları müdaxilə edərək, yanğının ətrafa yayılmasının qarşısını alıblar.

Yanğın nəticəsində muzeyin zirzəmisində ziyan dəyib. Araşdırmalar davam edir.

Qeyd edək ki, “Məsumiyyət muzeyi” “Nobel” mükafatçısı olan türk yazıçısı Orxan Pamukun eyni adlı romanı əsasında yaradılıb.