Hücum edən budur: London polisi terrorçunu öldürdü - Foto

30 Noyabr 2019 11:14 (UTC+04:00)

Dünən Londonun məşhur körpüsündə baş verən bıçaqlı hücumun kim tərəfindən törədildiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, hücumu həyata keçirən şəxs Usman Kandlır.

28 yaşlı Usman 2018-ci ildə həbsdən şərti azad edilib. O, üzərinə qoyulan elektrik cihazla nəzarətdə saxlanılırmış.

İki nəfərin ölümü, üç nəfərin yaralanmasına səbəb olan hücumda Usman polis tərəfindən vurularaq öldürülüb.

Bu arada bəlli olub ki, hücumu həyata keçirən şəxs 2012-ci ildə terrorla əlaqəsi ittihamı ilə məhkum edilib və 2018-ci ildə şərti olaraq azadlığa buraxılıb.