Seçkilərdə namizədliyi qeydə alınanların sayı - Açıqlandı

30 Noyabr 2019 13:07 (UTC+04:00)

"Seçki prosesinin əsas mərhələlərindən biri - namizədlərin qeydə alınması artıq başa çatıb".

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 1606 bələdiyyəyə 15156 bələdiyyə üzvü seçilməlidir: "Bələdiyyə seçkilərində 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb" .

M.Pənahov deyib ki, təxminən, 50-60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb və adlarının bülletenə düşməsini istəməyib: "Bülletenlərdə 41800-ə yaxın namizədin adı qeyd olunacaq. Əgər bu qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə rəsmi şəkildə müraciət edən namizədlərin adınının üzərindən xətt çəkiləcək".