Məşhur model onlara böyük pul verir…- Foto

30 Noyabr 2019 16:40 (UTC+04:00)

Dünyanın ən gənc milyarderi, model Kayli Cennerin təhlükəsizliyinə böyük pul xərclədiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Kayli Cenner cangüdənlərinə ayda 400 min dollar maaş verir.

Cangüdənləri olmadan heç yerə getmədiyi deyilən 22 yaşlı modelin evi daim mühafizəçilərinin nəzarəti altındadır.

Qeyd edək ki, “Kylie Cosmetics”adlı kosmetika şirkətinə sahib olan Kayli Cennerin illik gəliri 166,5 milyon dollar təşkil edir.