İzmirdə atışma - 10 yaralı

5 Dekabr 2019 21:55 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində silahlı atışma baş verib.

Teleqraf.com xəbər verir ki, aralarında mübahisə yaranan iki qrup arasında silahlı qarşıdurma baş verib. Nəticədə hər iki tərəfdən 10 nəfər yaralanıb.

İnsidentlə əlaqədar 6 nəfər saxlanılıb.

Polis mübahisənin baş verdiyi ərazini nəzarətə götürüb.