Bakıda küçədə qadına qarşı iyrənc əməl - Cinayət işi

6 Dekabr 2019 14:22 (UTC+04:00)

Bakının Binəqədi rayonunda qadına qarşı cinayət törədilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində “KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə getməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal 5-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.

Xuliqanlığı törətməkdə şübhəli bilinən E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.