Bu gün Kiyevdə GUAM dövlət başçılarının sammiti keçiriləcək

12 Dekabr 2019 10:26 (UTC+04:00)

Bu gün Ukraynanın paytaxtı Kiyevdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) hökumət başçılarının sammiti keçiriləcək.

"Report" Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşün əsas mövzusu ticarət və nəqliyyata yardım üzrə GUAM-ın əsas layihələrinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığı olacaq.

Sammitdə Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək.

Görüşün yekununda protokol sənədlərinin imzalanması gözlənilir.

Xatırladaq ki, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın yaradılması haqqında bəyannamə və onun Nizamnaməsi 2005-ci ildə imzalanıb.