Qonşuya qarşı rəzil hərəkət - Bərdədə

13 Dekabr 2019 13:35 (UTC+04:00)

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də rayon ərazisindəki evlərin birindən 16.200 manat oğurlamaqda şübhəli bilinən ev sahibinin qonşusu R.Mehdiyev saxlanılıb.