Paşinyan Rusiyaya gedir

13 Dekabr 2019 16:50 (UTC+04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan gələn həftə Sankt-Peterburqa yola düşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Vladimir Karapetyan məlumat yayıb.

Onun sözlərinə görə, Paşinyan Avrasiya İttifaqı İqtisadi Şurasının qeyri-rəsmi sammitində iştirak etmək üçün Rusiyaya gedəcək.

Səfər çərçivəsində Paşinyanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilib-edilməyəcəyi haqda məlumat verilməyib.