Zelenski bu gün Bakıya gəlir – Rəsmi səfər

16 Dekabr 2019 11:48 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-17-də Azərbaycana rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna başçısının saytında məlumat verilib.

“Zelenski dekabrın 16-17-də Azərbaycan Respublikasına rəsmi səfər edəcək. Səfər çərçivəsində dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla danışıqları planlaşdırılır”, – deyə məlumatda bildirilir.

Səfər zamanı iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.