Motosikletçisi yarışda öldü

12 Yanvar 2020 18:45 (UTC+04:00)

Portuqal motosikletçisi Paulu Qonsalveş "Dakar" marafonun yeddinci mərhələsinin gedişatında həlak olub.

Teleqraf.com xəbər verir ki, 40 yaşlı idmançı 276-cı kilometr mərhələdə motosikletdən yıxılıb. Hadisə yerinə tibb helikopteri göndərilib.

Həkimlər Qonsalveşə ürək dayanması diaqnozunu qoyublar və yerdə reanimasiya keçiriblər. İdmançı xəstəxanaya yerləşdirilib, lakin o, ölüb.

"Dakar" yarışı portuqaliyalı üçün 13-cü olub. O, əvvəlki altıncı mərhələdən sonra motosikletçilərin hesabında 46-cı olub. Qonsalveş ilk dəfə yarışda 2006-cı ildə çıxış edib. İdmançı 2015-ci ildə yarışda ikinci yeri tutub.

"Dakar" yarışı 2020-ci ildə ilk dəfə Səudiyyə Ərəbistanında keçirilir. Yarış yanvarın 17-də başa çatacaq.