Qasım Süleymani sui-qəsdi: Planın detalları üzə çıxır – Yeni fakt

13 Yanvar 2020 18:55 (UTC+04:00)

“ABŞ Prezidenti Donald Tramp general Qasım Süleymaninin öldürülməsi məsələsini 2017-ci ildə gündəmə gətirsə də, dönəmin müdafiə naziri bu plana mane oldu”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Nəşr Pentaqondakı mənbəyə istinadən bildirib ki, Tramp 2017-ci ildə Səudiyyə Ərəbistanına səfərdən sonra Yəməndəki qiyamçı husilərin Ər-Riyada raket zərbəsi endirməsindən sonra Süleymaninin öldürülməsini təklif edib. Lakin dönəmin müdafiə naziri Ceyms Mettis onun bu istəyinə mane olub.

Nəşr bu məsələnin uzun müddət Ağ Evdə müzakirə olunduğunu qeyd edib.

Məlumatda bundan sonra Trampın milli təhlükəsizlik məsələləri ilə bağlı komandasını dəyişdiyi, İranla bağlı daha rahat qəbul etmək üçün yeni komanda qurduğu vurğulanıb.