Marin Le Pendən Makrona pis xəbər - Hədəfim...

17 Yanvar 2020 00:13 (UTC+04:00)

Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen 2022-ci ildə keçirilən prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, xanım siyasətçi Fransanı yenidən ayağa qaldırmaq üçün bu qərara gəldiyini bəyan edib. "Bu qərarı verməyimə səbəb şübhəsiz qələbə hədəfindən irəli gəlir", - deyə o bildirib.

Le Penin Fransada bir ildir davam edən sarı jiletlilərin dəstəyini almaq istədiyi ehtimal olunur. Xatırladaq ki, 2017-ci ildə keçirilən seçkilərdə Le Pen Emmanuel Makrona uduzmuşdu.