20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirildi

17 Yanvar 2020 17:08 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com Kult.aza istinadən xəbər verir ki, ədəbi-bədii tədbirdə əməkdar artist, dosent Ağalar Bayramov, əməkdar artist, dosent Azad Şükürov, əməkdar artist Yaqut Abdullayev, ADMİU-nun tələbləri və media nümayəndələri iştirak edib.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra ADMİU-nun Teatr sənəti fakültəsinin tələbləri Ələkbər Axundov, Röyal Allahverdiyev, Rəfael Quliyev, Aysel Feziyeva,Mehin Məmmədli, Saleh Cümşüdlü, Çinarə Səmədova, Elsevər Rəhimov, Esmiralda Abdullayeva, Çinarə Qurbanova və Orxan İsrafilov “20 Yanvar - qürur günümüz” adlı ədəbi-bədii kompozisiyanı təqdim ediblər.

Qeyd edək ki, kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru əməkdar artist, dosent Mahirə Yaqubovadır.