Miranın sevgilisi ilə təyyarədə səmimi videosu yayıldı - Foto

17 Yanvar 2020 17:29 (UTC+04:00)

Türkiyənin ATV kanalında yayımlanan “Hercai”nin aktyoru Akın Akınözün yutubda yayımlanan səmimi görüntüləri silinib.

Teleqraf.com xəbər verir ki, yutub qaydalara zidd olduğu üçün Akın Akınözü ilə sevgilisi Sandra Pestemalcının təyyarədəki öpüşmə görüntülərini ləğv edib.

Yeni ili sevgilisi ilə Parisdə qarşılayan aktyorun Türkiyəyə gələrkən sevgilisi ilə səmimi görüntüsü yayılmışdı və müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, Akın Akınözü “Hercai” serialında Miran obrazını canlandırır.