Canavarlar iti belə parçaladı - Video

19 Yanvar 2020 09:05 (UTC+04:00)

Türkiyədə aç canavarlar kəndə daxil olub, itlərdən birini parçalayıblar.

Teleqraf.com xəbər verir ki, hadisə Ərzurumun Palantökən qəsəbəsinin Təkədərəsi ərazisində qeydə alınıb.

Video görüntülərdən aydın olur ki, 4 canavar dolaşdıqdan sonra iki itilə rastlaşır. İtlər əvvəl canavarlara müqavimət göstərir, daha sonra itlərə hücum edən canavarlar onlardan birini tutaraq yeməyə başlayır.

Bu hadisədən bir gün sonra məhəlləyə yenidən canavar sürüsü enib. Qurdlar itləri yenədə tora salmaq istəyib. Amma oyanan əhali silah vasitəsilə qurdları qova bilib.