Trampın Süleymani ilə bağlı səsyazısı üzə çıxdı - Şok detallar

19 Yanvar 2020 10:54 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampın SEPAH-ın Qüds briqadasının komandanı general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar verdiyi təlimatla bağlı səsyazısı üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Floridada mətbuata qapalı keçirilən toplantıda Trampın səsyazısı dinlənilib. Trampla komandirlərin Ağ Evdəki müzakirə otağında qeydə alınan səsyazısında bunlar deyilib: "İkisi bir yerdədirlər, hücuma 2 dəqiqə 11 saniyə qaldı, Avtombilin içindədirlər və silahlıdırlar. Cənab, son 1 dəqiqə qaldı, 30 saniyə, 10, 9, 8...".

Tramp hücum anı ilə bağlı isə söyləyib: "Ondan sonra anidən bum. (Komandirlər) Məhv edildilər, cənab dedilər. Əlaqə kəsildi. Son xatırladığım şey isə "Bu adam haradadır" sözləri oldu".