Tehran aeroportunda uçuşlar dayandırıldı

19 Yanvar 2020 13:26 (UTC+04:00)

İranın paytaxtı Tehranın "Mehrabad" hava limanından həyata keçirilən bütün aviareyslər təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Güclü qar yağdığından bütün uçuşlar dayandırılıb.

Hava şəraiti ilə əlaqədar məktəblərin də bağlandığı bildirilir.