İran Ukraynaya 150 meyit təhvil verdi

19 Yanvar 2020 16:31 (UTC+04:00)

8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 150-i aidiyyəti üzrə ailələrinə təhvil verilib.

Teleqraf.com-un məlumatına görə, bu, İranın Tibbi Ekspertiza Təşkilatının bununla əlaqədar yayımladığı məlumatda öz əksini tapıb.

Bildirilir ki, indiyədək həlak olanların 169-nun meyiti müəyyənləşib.

Məlumatda qeyd olunur ki, genetik profili Tehran tibbi ekspertiza idarəsinə göndərildiyi və ya yaxınları tibbi ekspertiza mərkəzlərinə müraciət etdiyinə görə, hadisə qurbanlarının kimliyi bəlli olub.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.