Ərdoğandan kritik S-400 açıqlaması - Təzyiqlərə rəğmən...

19 Yanvar 2020 17:55 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti VladimirPutinlə Berlində görüşü zaman ABŞ tərəfindən sərt reaksiyaya səbəb olan S-400 komplekslərinin satın alınması prosesinə toxunub.

Teleqraf.com xəbər verir ki, Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərinin təhvil verilmə prosesinin başa çatdığını vurğulayıb.

"S-400 kimi beynəlxalq cameədə səs gətirən layihələri təzyiqlərə rəğmən milli maraqlarımıza ziyan vurmadan qətiyyətlə tamamladıq", - deyə Ərdoğan söyləyib.