Misirdə parlament seçkilərinin vaxtı bəlli oldu

20 Yanvar 2020 09:36 (UTC+04:00)

Misirdə parlament seçkiləri bu ilin noyabr ayında keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkə parlamentinin qanunvericilik və konstitusiya məsələləri üzrə komitəsinin rəhbəri Baha Əbu Şəkka məlumat yayıb.

Onun sözlərinə görə, konstitusiyaya əsasən parlamentin hazırkı çağırışının işi 2021-ci il yanvarın 9-da başa çatır.

Əbu Şəkka parlament seçkilərinin 2020-ci ilin noyabrında keçiriləcəyini bildirib.