Diş məcunu alarkən bunlara diqqət edin

21 Yanvar 2020 01:36 (UTC+04:00)

Dişlərin fırçalanması diş və diş əti sağlamlığı baxımından çox əhəmiyyətlidir.

Teleqraf.com xəbər veririk, dişlərin sağlamlığını qorumaq üçün gündə ən azı 2 dəfə fırçalamaq lazımdır. Dişlərin mina qatı kristallardan ibarətdir. Bu kristallara hidroksiapatit kristalları deyilir.

Diş çürüməsinə səbəb olan bakteriyalar hidroksiapatit kristallarını həll edərək dişin mina qatını pozur. Flüor hidroksiapatit kristalları ilə birləşərək florapatit əmələ gətirir. Bu quruluş bakteriyaların mina qatını korlamasını çətinləşdirir

Diş məcunu seçərkən bunlara xüsusi diqqət yetirin:

1. Flüor ehtiva edən diş məcunları istifadə edin. Flüor dişlərin quruluşunu gücləndirir və çürüməsinə mane olur.

2. Diş həssaslığınız varmı? Dişin mina qatının altında dentin təbəqəsi var. Dentin təbəqəsi soyuq, isti, turş və şirin kimi qidalara qarşı həssdır. Bu problemdən əziyyət çəkənlər diş pastası alarkən üzərində həssas dişlər üçün təlimatın olmasına diqqət etməlidirlər. Bu məcunların tərkibində olan ionlar açıq qalan dentin kanallarını bağlayır və həssaslığın qarşısını alır.

3. Uşaqlar üçün diş məcunu alarkən diqqətli olun. Uşaqlarda erkən yaşda diş fırçalamaq vərdişi formalaşdırmaq lazımdır. Uşaqların öyrənmə metodunu nəzərə alaraq, valideynlərinin dişlərini fırçaladıqlarını görməlidirlər. Beləliklə, dişlərinizi fırçalasanız, uşaqlarınız da bu vərdişə yiyələnəcək. Uşaqlar kiçik yaşda diş fırçalayarkən məcunu uda bilərlər. Bu səbəblə aşağı flüor tərkibli pastalar istifadə edilməlidir.

4. Ağ rəngli məcunlara üstünlük verin. Diş ətindəki problem fırçalama zamanı baş verən qanama ilə aşkarlanır. Rəngli pastalar qan rəngini gizlətdiyi üçün mümkün qədər ağ pastalara üstünlük verilməlidir.

5. Ağardıcı məcunlar alarkən diqqətli olun. Məcunun tərkibindəki hissəciklərin diş səthini cızmaması vacibdir. Diş səthindəki cızıqlar gələcəkdə dişlərin rəngini dəyişməsinə səbəb olur.