"Neftçi" növbəti dəfə rəqibinə məğlub oldu

20 Yanvar 2020 23:14 (UTC+04:00)

"Neftçi" növbəti yoxlama oyununu keçirib.

Teleqraf.com-un məlumatına görə, komandamız Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Dinamo"dan Viktor Mikolenko 12-ci, Nazari Rusin 19-cu dəqiqədə fərqlənib. "Neftçi"nin təsəlli qolunu isə 69-cu dəqiqədə Vangelis Platellas vurub.