Putin Yaxın Şərqin ən qaynar bölgəsinə gedir

21 Yanvar 2020 20:15 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin yanvar ayının 23-də İsrail və Fələstinə səfər edəcək.

Bu barədə Kremlin mətbuat xidmətini rəhbəri Dmitri Peskov məlumat verib.

Rus liderin İsraildə Holokost qurbanlarının xatirəsinə həsr ediləcək forumda iştirak edəcəyi gözlənilir. Ardınca isə Putin Fələstin rəhbəri Mahmud Abbasla regional məsələləri müzakirə edəcək.