Kirayəyə veriləcək mənzillərin qiymətləri açıqlandı

21 Yanvar 2020 20:56 (UTC+04:00)

Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödəniş qiyməti Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.

Bu barədə Teleqraf.com-a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Qeyd edək ki, sabah saat 10:00-dan bu mənzillər üzrə elektron müraciətlərin qəbuluna başlanılacaq.