Ermənistan ordusu itki verdi – Qarabağda

22 Yanvar 2020 11:01 (UTC+04:00)

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi qulluqçusu Artur Nalbandyan həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

1980-ci il təvəllüdlü müddətdən artıq xidmət edən hərbi qulluqçunun (MAXE) səhvən açılan atəş nəticəsində həlak olduğu bildirilib.

Hadisənin təfərrüatı məlum deyil.