Haftar aeroportu qradla vurdu – Son dəqiqə

22 Yanvar 2020 16:37 (UTC+04:00)

Qiyamçı general Xəlifə Haftarın qüvvələri Tripolinin dünyaya açılan qapısı Mitiqa hava limanını qradla vurub.

Teleqraf.com xəbər verir ki, Haftara bağlı qüvvələr aeroportu 6 dəfə hədəf alıb.

Libya Milli Razılıq Hökumətinə bağlı birliklərin sözçüsü Məhəmməd Qanuni Haftar milislərinin Mitiqa hava limanına 6 raketlə hücum etdiyini və hava məkanı üçün təhdid yaratdığını bəyan edib.