İçkili vəziyyətdə dava salan nazir istefa verdi

23 Yanvar 2020 21:39 (UTC+04:00)

Slovakiyanın Ekologiya naziri Laslo Solimos yanvarın 23-də tutduğu vəzifədən istefa verib.

Teleqraf.com xəbər verir ki, 51 yaşlı siyasətçinin bu addımı atmasına səbəb yanvarın 22-də Bratislavanın mərkəzindəki restoranların birində içkili vəziyyətdə dava salması, restoranın işçilərinə hücum etməsi və onlardan birinə xəsarət yetirməsi olub.

Məsələ ictimailəşdikdən sonra Baş Nazir Peter Pelleqrini L.Solimosu qəbul edərək, baş vermiş hadisəyə görə ictimaiyyət qarşısına çıxaraq üzr istəməyi tələb edib.

Baş Nazirlə görüşdən sonra istefa verdiyini bildirən L.Solimos jurnalistlərin suallarına cavab verməkdən də imtina edib.