Paşinyana qarşı qiyam - Uğursuz cəhdlər

24 Yanvar 2020 00:25 (UTC+04:00)

2018-ci ildə ölkədə baş verən siyasi dəyişkliklərdən sonra Ermənistanda bir neçə dəfə dövlət çevrilişinə cəhd göstərilib. Amma bu cəhdlər uğursuz alınıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Bir neçə dəfə dövlət çevrilişinə cəhd edilib. Özlərini müxalifət adlandıranlar və ya keçmiş hökumətin təmsilçiləri hücuma hazırlaşaraq müxtəlif siyasi alətlərdən və insanlardan istifadə etməyə çalışırdılar. Amma onlar uğur əldə edə bilmədilər”, - Təhlükəsizlik Şurasının katibi bildirib.

Ancaq Armen Qriqoryan kiminsə adını və onların hansı hərəkətlərdə yol verdiklərini açıqlamaqdan imtina edib.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda başlayan etiraz aksiyalarından sonra hakimiyyət dəyişikliyi baş verib. Etirazlara başçılıq edən Nikol Paşinyan səkkiz may 2018-ci ildə Ermənistanın Baş naziri təyin olunub.