İlham Əliyev Davosda Eldar Saetre ilə görüşdü - Foto

24 Yanvar 2020 14:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olunub. “Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd edib.

Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparılıb.