Mariya Zaxarova Bakıda - Foto

24 Yanvar 2020 15:30 (UTC+04:00)

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, M.Zaxarova bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, mədəniyyətlər arasında dialoqa həsr olunmuş forumda iştirak etmək üçün bu gecə Bakıya uçub.

M.Zaxarova Bakıda çəkdirdiyi fotosunu sosial şəbəkədəki izləyiciləri ilə bölüşüb. Foto qısa müddət ərzində çoxlu “bəyənmə” toplayıb.

Qeyd dək ki, M.Zaxarova yanvarın 23-26-da keçirilən "Bakı-Moskva: mədəniyyətlərin dialoqu" konfransında iştirak etmək üçün Azərbaycan paytaxtına gəlib. Forum "Hilton" hotelində keçirilir.