Fillər Rusiyanın bir şəhərini qarışdırdı - Video

24 Yanvar 2020 19:09 (UTC+04:00)

Rusiyanın Yekaterinburq şəhərini iki fil qarışdırıb.

Teleqraf.com xəbər verir ki, şəhərin mərkəzinə çıxan fillər insanlarda qorxu yaradıb.

Polis dərhal şəhərin mərkəzində tədbirlər görməyə başlayıb. Fillərin qaçdığı sirkin işçiləri onları yaxalamaq üçün şəhərin mərkəzinə gəliblər. Yaxalama əməliyyatı ilə yük maşınına mindirilən fillər sirkə aparılıb.