Şəxsi qisas: 6 nəfəri gülələləyib öldürdü

24 Yanvar 2020 20:43 (UTC+04:00)

Almaniyada dəhşətli güllələnmə hadisəsi baş verib.

Teleqraf.com “Röyter” agentliyinə istinadən xəbər verir ki, ölkənin cənubundakı Rot Am Ze qəsəbəsində silahlı hücum qeydə alınıb.

İlkin məlumata görə, hücum edən şəxs onlarla insanı güllələyib. Hələlik 6 nəfərin öldüyü məlum olub.

Polis insanları güllələyən şəxsi həbs edə bilib. Silahlı hücumun səbəbi “şəxsi qisas” aktı olub.