Bakı-Sumqayıt yolunda böyük tıxac

24 Yanvar 2020 20:53 (UTC+04:00)

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Teleqraf.com-un məlumatına görə, tıxac şəhərin çıxışından - Moskva prospektindən başlayır.

Bakıdan Sumqayıt istiqamətində hərəkət iflic vəziyyətə düşüb. Yolda avtomobillərin hərəkəti tam dayanıb. Məlumata görə, tıxac Abşeron rayonunun Masazır dairəsinə qədər davam edir. Səbəbi bilinmir.