Zəlimxan Məmmədliyə Borçalıdan dəstək

24 Yanvar 2020 21:25 (UTC+04:00)

"Borçalı İş Adamları Birliyi' olaraq Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində 33 saylı Xətai birinci secki dairəsindən namizədliyi irəli sürülmüş Zəlimxan Məmmədlini dəstəkləyir və o bölgədə yasayan Gurcustan əsilli soydaşlarımıza, bütün seçicilərə Zəlimxan Məmmədlini dəstəkləməyi tovsiyə edirik.

2009 ildən bu günə kimi Zəlimxan Məmmədli vaxtaşırı olaraq gürcüstanlıların təhsil, məktəb, soydaşlıq statusu və s. problemlərini dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətinə çatdırmışdır. Borçalıda tarixi ELAT mədəniyyət günlərinin memarıdır. Dəfələrlə Gürcüstanda azərbaycanlı kənd adlarının dəyişdirilməsinə qarsı çıxmış və buna qarşı müvafiq tədbirlər keçirmisdi.

Z.Məmmədlinin təskilatçılığı ilə hər il qurban bayraminda Gürcüstan müsəlmanlarına 35-40 iri buynuzlu mal kəsilərək paylanılır. Biz əminik ki, Zəlimxan Məmmədli gürcüstanlıların problemlərini yuksək kürsüdən yorulmadan qaldıracaq və həllinə çalışacaqdır. Allah amanında olun.