Haftarın arxasında iki ölkə dayanır - Şok açıqlama

24 Yanvar 2020 23:24 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkellə birgə mətbuat konfransında qiyamçı general Xəlifə Haftarın arxasında dayanan güclərin adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan Liviyanın şərqindəki silahlı qruplaşmaların lideri Haftarın arxasında Birləşmiş Ərəb Əmirlikləri və Misirin olduğunu söyləyib.

Onun sözlərinə görə, Liviya Milli Razılıq Hökumətinə dəstək vermək BMT-nin qərarlarına əsasən seçim yox, öhdəlikdir: “Birləşmiş Ərəb Əmirlikləri və Misir Liviyanın şərqindəki silahlı qüvvələrin lideri qiyamçı Xəlifə Haftarı dəstəkləyir”.