Türkiyədə güclü zəlzələ: Əhali küçələrə axışdı - İlk görüntülər

24 Yanvar 2020 22:37 (UTC+04:00)

Türkiyənin Elazığ vilayətinin Sivricə ilçəsində 6,8 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, zəlzələ Diyarbəkir başda olmaqla Mardin, Batman, Şanlıurfada, eləcə də Şimali İraqda hiss olunub.

Güclü zəlzələdən təşvişə düşən insanlar küçələrə axışıb.

***

Daxili İşlər naziri Süleyman Soylu bir neçə binada dağıntılar olduğunu açıqlayıb. O, zəlzələ zamanı yaralananların olduğunu, ölüm faktının isə qeydə alınmadığını söyləyib.

Türkiyə mediasına istinadla ilk görüntüləri təqdim edirik: