Çində koronavirusdan ölənlərin sayı 40 nəfəri ötdü

25 Yanvar 2020 08:17 (UTC+04:00)

Çinin Xubey vilayətində koronavirusun indiyədək aşkar edilməmiş növündən (2019-nCoV) ölənlərin sayı 24 nəfərdən 39 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Global Times” yerli hakimiyyət orqanlarına istinadən yazıb.

Xatırladaq ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 900 nəfərə çatıb, 26 nəfər dünyasını dəyişib. Onlardan 24-ü Xubey vilayətinin sakinidir. Daha iki nəfər digər vilayətin sakinidir.

Nəticədə ölənlərin sayı 41 nəfər çatıb.

Qəzetin yazdığına görə, vilayətdə virusa ümumilikdə 729, ölkə üzrə isə 1287 nəfər yoluxub.