Oksana bu barədə ilk dəfə danışdı: "Həyat yoldaşımla o problem..." - Açıqlama

25 Yanvar 2020 10:49 (UTC+04:00)

"Sevgi romanı" filminin qala gecəsi fevralın 13-də baş tutacaq. Artıq hər şey hazırdır. Film bir çox kino zallarında nümayiş olunacaq. Həyəcanla filmin qala gecəsini gözləyirik".

Bu sözləri Teleqraf.com-a açıqlamasında məşhur rəqqasə-aktrisa Oksana Rəsulova deyib.

O, kiçik yaşlı oğlu Osman haqqında da danışıb: "Tədbirlərə gedən zaman oğluma xalam baxır, dayəsi də var. Hər zaman onun yanındadır. Hələ ki balaca olduğuna görə özümlə çox yerə apara bilmirəm. Amma böyüsün, aparacam, inşallah. Hazırda səhhətimlə bağlı problem var. Gələn il ikinci dəfə ana olmaq istəyərəm".

Türkiyədə yaşayan şəxslə ailə quran Oksana həyat yoldaşının ona hansısa çərçivə qoymadığını da etiraf edib: "Geyimlə bağlı problemim yoxdur. Paltarlarım yetərincə bağlıdır və necə lazımdırsa elə geyinirəm. Həyat yoldaşımla elə problem olmayıb. O mənə heç bir məhdudiyyət qoymayıb".