Obama İŞİD-ə görə 5 ölkənin rəhbərini qəbul etdi

24 Sentyabr 2014 10:19 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama Suriyada “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı hava hücumlarına dəstək verən Ərəb ölkələrinin nümayəndələri ilə bir araya gəlib.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyanın 69-cu sessiyası ilə əlaqədar Nyu-Yorkda olan Obama Suriyada dünən gecəki hava hücumları zamanı əməkdaşlıq edən Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ilə görüşüb. Görüşdə ötən ay vəzifəsinə başlayan İraqın baş naziri Heydər əl-İbadət də iştirak edib.

Obama İŞİD hədəflərini vurmalarında yardımçı olduqları üçün ölkə başçılarına təşəkkür edib. İŞİD və buna bənzər ideologiyaları zəiflətmək və ən nəhayət, məhv etmək üçün mümkün bütün variantlardan istifadə edəcəklərini bildirən Obama bu cür təşkilatları aradan götürməyin asan olmadığını qeyd edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.