Ərdoğandan ilk açıqlama: “Millətimizin yanındayıq”

25 Yanvar 2020 15:00 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Elazığda baş verən 6,8 bal gücündə zəlzələ haqqında açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri vəziyyəti yaxından izlədiyini, lazımı tədbirlərin görüldüyünü, tapşırıqların verildiyini bəyan edərək “millətimizin yanındayıq” ifadəsini işlədib.

Ərdoğanın açıqlmasında qeyd edib ki, Elazığda meydana gələn və əksər rayonlarımızda hiss edilən zəlzələdə vətəndaşlarımızın təhlükəziliyini təmin edilməsi üçün dövlət strukturları lazım olan tədbirləri həyata keçirir: “Səhiyyə, daxili işlər və ekologiya nazirlərimizi bölgəyə göndərmişik.

Türkiyə prezidenti olaraq görülən işləri yaxından izlədiyimin və lazın olan təlimatları verdiyimin bilinməsini istəyirəm.Başda Fövqəladə Hallar, Qızıl Ay və Silahlı Qüvvələrimiz olmaqla bütün qurum və strukturlarımızla millətimizin yanındayıq. Zəlzələ nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfalar diləyirəm”.